Baş prokuror: “90-cı illərdə müstəntiq işləyəndə…”

Baş prokuror: “90-cı illərdə müstəntiq işləyəndə..."

“Məcburi köçkünlərin hüquqlarının pozulması müharibə cinayəti sayılır”.

Globalinfo.az xəbər verir ki, bunu Baş Prokurorluq tərəfindən təşkil olunan “İnsan hüquqlarının əsas təminatları” mövzusunda keçirilən konfransda Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarı Guido Ambrosso deyib.

O, birinci Qarabağ müharibəsindən sonra Azərbaycana səfərini belə xatırlayıb: “O, zaman mən çox çətin şəraitdə yaşayan yüzminlərlə insanın həyat şəraitini görmüşdüm. Biz bu çətinliklərin aradan qaldırılmasına çalışmışıq”.

Onun çıxışından sonra Baş prokuror Kamran Əliyev əlavə edib ki, 8 milyon əhalisi olan bir ölkədə 1 milyon insanın qaçqın və məcburi köçkün düşməsi çox ciddi problem idi: “1990-cı ilin əvvəllərində mən müstəntiq işləyirdim. Azərbaycanda qaçqın şəhərcikləri var idi. Həmin bölgələrə səfər edirdim. Təəssüflər olsun ki, bu məsələlərə beynəlxalq səviyyədə o qədər də diqqət göstərilmirdi. Ancaq dövlətimiz bu problemin öhdəsindən gəldi, qaçqın şəhərcikləri zamanla ləğv edildi. Onlar üçün yaşayış binaları, evlər tikildi. Cənab səfir, siz özünüz də bu problemin canlı şahidi olmusuz. Ona görə də Azərbaycandakı məcburi kökçünlərin problemlərini çox dəqiqliklə bilirsiz”.