Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun kişi olduğunu iddia edən qadınların məhkəməsi keçirilib.

Globalinfo.az xəbər verir ki, məhkəmədə iddia ilə Fransanın birinci xanımı və onun qardaşı Jan-Mişel Tronye çıxış ediblər.

Belə ki, Bricitin kişi olduğunu iddia edən fransız jurnalistlər Nataşa Rey və Amandine Royun işi üzrə məhkəmə prosesi keçirilib. Paris İslah Tribunalında baş tutan prosesdə Bricit Makron iştirak etməyib və onun  maraqlarını vəkil təmsil edib.

Qeyd edək ki, jurnalist Nataşa Rey də xəstə olduğu üçün iclasda iştirak etməyib. Məhkəmədə yalnız Reyin hazırladığı materialları yaymaqda ittiham olunan 49 yaşlı Amandine Roy olub.

Bricit Makronun vəkili hər iki qadının 10 min avro cərimələnməsini istəyib. Məhkəmə iş üzrə sentyabrın 12-də qərar çıxaracaq.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: