“Sezar”ın Ermənistana göndəriləcəyi tarix bilindi – Qafqazda gərginlik artır

“Sezar”ın Ermənistana göndəriləcəyi tarix bilindi - Qafqazda gərginlik artır

Fransa Ermənistana 36 haubitsa verəcək.

Globalinfo.az xəbər verir ki, bunu “Le Figaro”nun redaktor müavini Jan-Kristof Buisson deyib.

O bildirib ki, Fransa “SEZAR” özüyeriyən artilleriya sistemlərinin tədarükünə dair müqavilə çərçivəsində Ermənistana 36 haubitsa verəcək.

Buissonun sözlərinə görə, “SEZAR” artilleriyası yaxın 15 ay ərzində Ermənistana təhvil verilməlidir.

Xatırladaq ki, ötən həftə Fransanın müdafiə naziri Sebastyan Lekornu İrəvan və Parisin Fransanın “SEZAR” özüyeriyən silahlarının tədarükünə dair müqavilə imzaladığını açıqlayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az