
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Sloveniya – Serbiya görüşü başa çatıb.
Globalinfo.az xəbər verir ki, qarşılaşma heç-heçə ilə yekunlaşıb – 1:1.
Görüşdə hesabı 69-cu dəqiqədə Yan Karniçnik açıb. 90+5-ci dəqiqədə isə Luka Yociç yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, bu qrupun digər oyununda Danimarka İngiltərə ilə qarşılaşacaq.
***
90+5-ci dəqiqədə isə Luka Yociç hesabı bərabərləşdirib.
***
69-cu dəqiqədə sloveniyalılar hesabda önə çıxıb.
Yan Karniçnik adını tabloya yazdırıb.
***
Sloveniya – Serbiya görüşündə ikinci hissə başlayıb.
***
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Sloveniya – Serbiya görüşündə ilk hissə başa çatıb.
Globalinfo.az xəbər verir ki, Münhen şəhərindəki “Alyans Arena”da davam edən C qrupunun oyununda ilk hissədən sonra hesab açılmayıb.
Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.
***17:00
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turu çərçivəsində Sloveniya və Serbiya yığmaları üz-üzə gəlir.
Globalinfo.az xəbər verir ki, Münhendəki “Alyans Arena”da başlayan görüşü rumıniyalı beynəlxalq dərəcəli hakim İştvan Kovaç idarə edir.
Qarşılaşma C qrupunun oyunları çərçivəsində keçirilir.
***08:49
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun növbəti oyunları baş tutacaq.
Globalinfo.az xəbər verir ki, günün ilk qarşılaşması Münhen şəhərində Sloveniya və Serbiya seçmələri arasında baş tutacaq.
Sloveniyalılar C qrunun ilk matçında Danimarka ilə bərabərə qalıblar – 1:1. Serblər isə İngiltərəyə 0:1 hesabı ilə məğlub olublar.
Bu qrupun digər oyununda isə Danimarka və İngiltərə komandaları Frankfurtda münasibətlərinə aydınlıq gətirəcəklər.
Günün sonunda B qrupunda İspaniya – İtaliya qarşılaşması keçiriləcək. Oyun Helzenkirhen şəhərində reallaşacaq.
İlk turda İspaniya Xorvatiyaya 3:0, İtaliya isə Albaniyaya 2:1 hesabı ilə qalib gəlib.
AVRO-2024
20 iyun
II tur
C qrupu
17:00. Sloveniya – Serbiya
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Münhen, “Alyans Arena”.
20:00. Danimarka – İngiltərə
Baş hakim: Artur Diaş (Portuqaliya).
Frankfurt, “Valdştadion”.
B qrupu
23:00. İspaniya – İtaliya
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Helzenkirhen, “Feltins Arena”.