AVRO-2024: Şotlandiya – İsveçrə matçında qalib müəyyənləşmədi

AVRO-2024: Şotlandiya - İsveçrə matçında qalib müəyyənləşmədi

Şotlandiya – İsveçrə matçı 1-1 hesabı ilə başa çatdı.

***

Xerdan Şakiri matçın 25-ci dəqiqəsində hesabı bərabərləşdirdi: 1-1.

***

13-cü dəqiqədə Şotlandiya hesabı açdı. İsveçrəlilərin heyətində Fabian Şer komandasının qapısına qol vurub. Hesab: 1-0

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turu çərçivəsində günün son matçı start götürüb.

Globalinfo.az xəbər verir ki, A qrupunun görüşündə Şotlandiya İsveçrə ilə qarşılaşır.

Oyunu slovakiyalı İvan Krujlyak idarə edir.