FotoJet 2022 12 06T231016.454

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyənin Batman vilayətində bir sıra görüşlər keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Batman vilayətinin müavini İbrahim Günəşlə keçirilmiş nəzakət görüşündə vilayətlə Azərbaycanın bölgələri arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib, mövcud imkanlar və potensial barədə fikir mübadiləsi aparılıb.

Digər görüş Batmanda yerləşən, Türk Hərbi Hava Qüvvələrinin ilk və tək pilotsuz təyyarə hava bazası olan 14-cü Pilotsuz Təyyarə Sistemləri Baza Komandanlığında baş tutub.

Briqada generalı İhsan Kaplanla keçirilmiş nəzakət görüşündə Azərbaycan və Türkiyənin qardaşlığı və ikitərəfli əlaqələrimizdə hərbi sahənin xüsusi yeri olduğu vurğulanıb.

Səfirin Batman Universitetində rektor İdris Dəmirlə görüşündə isə universitetlərarası əlaqələrin perspektivləri müzakirə edilib.

Görüş zamanı rektor enerji sahəsində ixtisaslaşmağa doğru gedən Batman universitetinin bu sahədə zəngin təcrübəsi olan Azərbaycan universitetləri ilə əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

Səfir universitetdə təşkil olunan “Azərbaycan-Türkiyə münasibətləri və Heydər Əliyevin rolu” adlı konfransda da iştirak edib.

Konfransda çıxış edən Azərbaycan səfiri tələbələrə ikitərəfli münasibətlərin inkişaf dövrləri, Azərbaycanın müstəqilliyini yenidən qazanmasından sonrakı dövrdə mürəkkəb zamanda hakimiyyətə gələn Heydər Əliyevin bu münasibətlərin hərtərəfli inkişafına zəngin töhfəsi barədə məlumat verib, həmçinin hazırkı dövrdə Azərbaycan-Türkiyə münasibətlərinin hər iki ölkənin dövlət başçılarının birgə səyləri ilə tarixinin ən yüksək inkişaf səviyyəsində olduğunu qeyd edib.

Universitet tələbələrinin mövzu ilə bağlı ilə suallarını cavablandıran səfir daha sonra universitetdə ölkəmizi tərənnüm edən kitabların. lövhələrin və suvenirlərin yer aldığı Azərbaycan otağının açılışınında iştirak edib. Batman vilayətinə səfərin gedişində səfir Rəşad Məmmədov bu ilin iyun ayında vilayətdə açılmış, adını Azərbaycanın dilbər guşəsi Qarabağdan alan Qarabağ parkını da ziyarət edib.

Səfir parkdakı pavilyonlar və Qarabağdan olan tarixi şəxsiyyətlər haqqında məlumatları əks etdirən xatirə lövhələri ilə tanış olub.

Qeyd edilib ki, təbiəti, qardaşlığı və sənəti bir araya gətirən bu park Azərbaycan-Türkiyə qardaşlığının simvollarından biridir.

638f904b9a4ee638f904b9a4ef1670352971638f904b9a4ec638f904b9a4ed 638f904bca6bc638f904bca6bd1670352971638f904bca6b9638f904bca6ba 638f904c005df638f904c005e01670352971638f904c005dc638f904c005dd 638f904c123e6638f904c123e71670352971638f904c123e3638f904c123e4 638f904c25d38638f904c25d391670352971638f904c25d35638f904c25d37 638f904c365a2638f904c365a31670352971638f904c365a0638f904c365a1 638f904c463ea638f904c463eb1670352971638f904c463e7638f904c463e9 638f904c55e47638f904c55e481670352971638f904c55e45638f904c55e46 638f904c66872638f904c668731670352971638f904c66870638f904c66871 638f904c76a28638f904c76a291670352971638f904c76a25638f904c76a26 638f904c862a3638f904c862a41670352971638f904c862a1638f904c862a2 638f904c960b0638f904c960b11670352971638f904c960ad638f904c960ae 638f904ca6375638f904ca63761670352971638f904ca6373638f904ca6374 638f904cd2e0d638f904cd2e0e1670352971638f904cd2e0a638f904cd2e0c 638f904cee01c638f904cee01d1670352971638f904cee019638f904cee01b 638f904d0f8ba638f904d0f8bb1670352971638f904d0f8b7638f904d0f8b9 638f904d25878638f904d258791670352971638f904d25875638f904d25876

Paylaş: