Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin enerji içkilərinin satışına və istehlakına qadağa qoyulmasını təklif edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
O, Dövlət Dumasının Nizamnamə Komissiyasına bu məsələ ilə məşğul olmağı tapşırıb.
Bundan başqa spiker təklif edib ki, energetik içki içən və bundan sonra işə gələn deputatlar içəri buraxılmasınlar:
“Bir şeyi dəyişdirmək istəyirsinizsə, özünüzdən başlayın. Təklif var: gəlin, özümüzdən başlayaraq Duma kafe və mağazalarında enerji içkilərinin satışını qadağan edək. Deputatlar bu qərarı dəstəkləyirlərmi? Etiraz edən yoxdur, yox. Biz razılaşdıq”, – deyə Volodin plenar iclasda bildirib.
Zaira Akifqızı
Globalinfo.az














