AÇ-2024: Almaniyanın matçında 6 qol – VİDEO

AÇ-2024: Almaniyanın matçında 6 qol - VİDEO

Almaniya Şotlandiya üzərində 5-1 hesablı qələbə qazanıb.

***
Camal Musiala, 19-cu dəqiqədə hesabı 2:0 edir.

***

Almaniya hesabı açdı. Florisan Virtz 11-ci dəqiqədə fərqləndi.

***

Matç başladı.

***

Bu gün Almaniyada AÇ-2024 start götürüb.

Globalinfo.az xəbər verir ki, hazırda turnirin açılış mərasimi baş tutur.

Mərasimdən canlı videonu təqdim edirik:

***

Bu gün 17-ci Avropa çempionatına start veriləcək.

Globalinfo.az xəbər verir ki, açılış oyununda meydan sahibi Almaniya meydana çıxacaq.

A qrupunda yer alan Almaniya millisi Şotlandiyanı sınağa çəkəcək. Münhendəki “Allianz Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq qarşılaşmanı fransalı Kleman Turpen idarə edəcək.

Qeyd edək ki, A qrupunun digər görüşündə sabah saat 17:00-da Macarıstanla İsveçrə komandaları üz-üzə gələcək.

AÇ-2024
A qrupu, I tur
14 iyun

23:00. Almaniya – Şotlandiya
Baş hakim: Kleman Turpen (Fransa).