666c63f852cfa666c63f852cfb1718379512666c63f852cf8666c63f852cf9

Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Bu çərçivədə Füzuli küçəsində (Azadlıq prospekti ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməyədək) hərəkət zolaqlarının təşkilinə başlanılıb.

Həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.

Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının davamlılığının təmin edilməsi ilə bağlı digər yollarda da bu işlər davam etdiriləcək.

666c63f857664666c63f8576651718379512666c63f857662666c63f857663

Paylaş: