“Yaxın zamanlarda Ermənistanda böyük siyasi narahatlıqlar olacaq”.
Globalinfo.az xəbər verir ki, bunu “Valday” klubunun eksperti Andrey Bıstriçki deyib.
Onun sözlərinə görə, Paşinyana cəmiyyətdə verilən dəstəyi görməzdən gəlmək olmaz:
“Situasiyanın birmənalı inkişafı ilə bağlı proqnoz yoxdur. İnsanlar öz tarixlərinin sadə olmayan dönəmindən keçirlər. Cəmiyyət əhəmiyyətli dərəcədə bölünüb. Lakin mən Paşinyana verilən dəstəyi qiymətləndirməyə bilmərəm. Onu çoxları dəstəkləyir. Paşinyan Azəarbaycanla məsələnin həllində hansısa qərar üçün iş aparır. Bu da, əlbəttə, cəmiyyəti bölür”.
O, Ermənistan cəmiyyətinin stress situasiyasını yaşadığını bildirib:
“Hətta əgər indi radikal siyasi dəyişikliklər olmasa, gələcəkdə ölkənin siyasi orientirinin nəzərdən keçirilməsi mütləq baş tutacaq”.
Əliyar Xəlil
Globalinfo.az