Gədəbəy rayonunda 32 yaşlı qadının qətlinin təfərrüatı məlum olub.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, rayonun Şəkərbəy kəndində 1990-cı il təvəllüdlü Könül Eyvaz qızı Abdullayeva boyun nayihəsindən balta ilə aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Onun ölümünə səbəb olmaqda şübhəli bilinən isə həyat yoldaşı – 1990-cı il təvəllüdlü Elməddin Mayor oğlu Abdullayevdir. O, polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Kənd sakinlərinin verdiyi məlumata görə, hadisə ailənin yaşadığı evdə qeydə alınıb. Ailə kənddə sakit bir ailə kimi tanınır. Onlar kənd ərazisində heyvandarlıq və əkinlə məşğul olublar.
Ailənin üç övladı var.
Qeyd edək ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub və faktla bağlı araşdırma davam etdirilir.
***
14:37
Gədəbəydə qadın balta ilə qətlə yetirilib, əri şübhəli bilinir.
Bu barədə Globalinfo.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, rayonun Şəkərbəy kəndi ərazisində 1990-ci il təvəllüdlü Könül Abdullayevanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1990-cı il təvəllüdlü Elməddin Abdullayevin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək Könül Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda prokurorluq və polis əməkdaşları hadisə yerinin müayinəsini aparırlar.