![](https://cdn.globalinfo.az/2022/12/6294c41421e2e6294c41421e2f1653916692175a1379e7f2a176ade8838def6b4175.jpg)
İyunun 11-də saat 20 radələrində 2002-ci il təvəllüdlü M.Kərimovanın Göygöl rayon ərazisində həyat yoldaşı tərəfindən boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Globalinfo.az-a verilən məlumata görə, qətli törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Ceyhun Mustafayev daha sonra polisə könüllü təslim olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.