“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandasında çıxış edən Amid Alxasovun ölümünün bəzi detalları məlum olub.
Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün baş verib.
Belə ki, Qusarda yaxınları ilə meyvə sulamağa gedən Amid daha sonra çimmək üçün çaya girib. Boğulduğunu görən yaxınları kömək etmək istəsələr də, batan futbolçunu xilas etmək mümkün olmayıb.
Məlumat üçün bildirək ki, Amid Alxasov “Vətən” İdman Liseyinin 10-cu sinif şagirdi imiş.
“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandasında çıxış edən Amid Alxasovun ölüm səbəbi məlum olub.
Futbolçunun yaxınları bildiriblər ki, o, dənizdə boğularaq dünyasını dəyişib.
***
Müqavilə əsasında “Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandasına məxsus olan Amid Alxasov vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Səbail” futbol klubu məlumat yayıb.
Son mövsümü icarə əsasında “Səbail”in U-19 komandasına keçirən futbolçu faciəvi şəkildə dünyasını dəyişib.