Erməni keşiş Baqrat Qalstanyan “Baqramyan” prospektindəki mitinqdə çıxış edərək sabahkı planlarını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, 96 saatlıq mübarizə elan etdiyini bildirib.
Qeyd edək ki, arxiyepiskop və mitinq iştirakçılarının yürüşü başlayan gündən “Baqramyan” prospekti bağlanıb. Həmin gündən polis oraya çoxsaylı qüvvələr cəmləyib, tikanlı məftillər çəkilib.
Qalstanyan isə 96 saatlıq mübarizə elan edib. Bu müddət ərzində parlamentin müxalifət qüvvələri növbədənkənar iclas keçirməli, iclasın gündəliyinə hökumətin istefası məsələsi daxil olmalıdır.
Müşviq Tofiqoğlu
Globalinfo.az














