Lukaşenko razılaşdı: böyük hücuma hazırlıq başladı

Lukaşenko razılaşdı: böyük hücuma hazırlıq başladı

Rusiya Belarusdakı qoşunlarının sayını yaxın zamanlarda 20-22 min nəfərə çatdıracaq.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Konstantin Maşoveç deyib.

Onun sözlərinə görə, hazırda Belarusda, təxminən, 10 min rusiyalı hərbçi var. O, hərbçilərin sayının artırılmasından sonra ruslar və belaruslar üçün aktiv döyüş hazırlığının başlayacağını bildirib. Maşoveç sayın iki dəfədən çox artırılmasına baxmayaraq, bunun Ukraynada Rusiya üçün yetərli olmayacağını bildirib.

Qeyd edək ki, Belarus xarici işləri naziri Vladimir Makeyin ölümündən sonra Moskvanın Minskə təzyiqlərinin artacağı gözlənilirdi. Kremlin Rusiya müdafiə naziri Sergey Şoyqunu dekabrın 3-də təcili Belarusa göndərməsi bu gözləntiləri doğrultdu. Təsadüfi deyil ki, məhz bu səfərin ardından Lukaşenko Rusiya və Belarus xalqını “ittifaq dövlətinin qoruyucuları” adlandıraraq, onların istənilən aqressiyanın qarşısını birgə hazırlıqdan sonra ala biləcəklərini söyləyib.

İlkin
Globalinfo.az