Bu əməl sahibləri islamdan xaric edilə bilər – Din adamından xəbərdarlıq 

Bu əməl sahibləri islamdan xaric edilə bilər – Din adamından xəbərdarlıq 

Son zamanlar ictimaiyyət falçılıq, görücülük, ekstrasenslik edənlərlə bağlı mənfi fikir bildirir. Bu əməllərin dində günah sayıldığı deyilir. Azərbaycanlı klinik psixoloq, ekstrasens Zirəddin Rzayev isə bu mövzuda başqa tezislər irəli sürüb.

O deyir ki Hz. İsa dünyaya gəlməmişdən öncə onun dünyaya gəlişini şərqdən gələn üç nəfər münəccim yəhudi kralı – Hiroda söyləyiblər:

“Bu, müqəddəs İncil kitabında da öz əksini tapıb. Məhz buna görə də xristian fəlsəfəsində münəccimlik haram sayılmır. Sadəcə, keşişlərə sərf etmədiyi üçün müqəddəs İncilin o hissəsini görməzdən gələrək, insanları yanıldırlar”.

Bu əməl sahibləri islamdan xaric edilə bilər – Din adamından xəbərdarlıq 

Qamət Süleymanov

Mövzu ilə bağlı Globalinfo.az-a danışan “Əbu Bəkr” məscidinin keçmiş imamı Qamət Süleymanov deyib ki, Allah falçılığı pisləyir.

O, falçılarla bağlı Quranda da yazıldığını bildirib:

“Quranda açıq-aydın ayələr var ki, Allahdan başqa heç kim qeybi bilmir. Həmin ayələri qoyub oxşar, bir neçə məna verən bu ayələri zidd təfsir kimi qələmə vermək Qurana ziddir. İnsanlar birmənalı olaraq bilsinlər ki, Quranda falçılığa, ekstrasensliyə icazə yoxdur! Əksinə, dində bu kimi şeylər haramdır”.

Qamət Süleymanov deyib ki, Allah istədiyi peyğəmbərlərə bəzi şeyləri təxmini bildirir:

“Ayə var ki, qeybi Allahdan başqa heç kim bilmir. Bir tək istədiyi rəsullara, peyğəmbərlərə bəzi şeyləri təxmini bildirir. Lakin onlar da nə vaxt və hansı şəkildə baş verəcəyini bilmirlər. Sadəcə, bəziləri ümumi ayəni öz fikirləri olaraq söyləyir. Bu isə səhvdir, vəssalam! İslam dini baxıcıların, kahinlərin, ekstrasenslərin əleyhinədir! Hətta Hz.Peyğəmbərimiz deyir: “Kim baxıcının yanına getsə, onun varlığını təsdiqləsə, mənə qarşı küfr etmiş olur”. Belə şeylərə inananlar islamdan çıxarıla bilər”.

Zaira Akifqızı

Globalinfo.az