tbilisi 1

Gürcüstana birbaşa xarici investisiyaların həcmi 2024-cü ilin birinci rübündə 201,4 milyon dollar təşkil edib.

Globalinfo.az xəbər verir ki, məlumat Gürcüstan Milli Statistika Xidməti yayıb. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 64,4% azdır. 2023-cü ilin ilk rübündə bu göstərici 566,4 milyon dollar təşkil edib.

Bu il ölkəyə ən çox yatırım Çin və Azərbaycan tərəfindən edilib.

Türkiyənin Gürcüstana yatırımı 30 milyon dollar azalaraq, 42 milyon dollara düşüb. Gürcüstana qoyduğu investisiyalarını ən çox azaldan isə Niderland olub. Niderlandın bu ölkəyə investisiyası 233 milyon dollar azalaraq 32 milyon dollara düşüb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: