Türkiyənin “Fənərbağça” klubunda prezident seçkiləri keçirilib.
Globalinfo.az xəbər verir ki, Ali Koç daha üç il İstanbul təmsilçisinin rəhbəri olacaq.
O, digər namizəd Əziz Yıldırımı qabaqlayıb.
Hər iki namizəd bir neçə dəqiqə əvvəl görüşüb və qeyri-rəsmi nəticələrə görə geridə qalan Əziz Yıldırım Ali Koçu təbrik edib.
Qeyd edək ki, Ali Koç 2018-ci ildən “Fənərbağça”nın prezidentidir.