İranda növbədənkənar prezident seçkilərində mübarizə aparacaq 6 namizədin adı açıqlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Həmin namizədlər Əlirza Zəkani, Səid Cəlili, Əmir Hüseyn Qazizadə Haşimi, Mustafa Purməhəmmədi, Məhəmməd Baqer Qalibaf və Məsud Pezeşkiandır.
Qeyd edək ki, İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək.