Qaxda ağaclar magistral yolu bağlayıb.
Globalinfo.az Report-a istinadən xəbər verir ki, axşam saatlarında əsən güclü külək nəticəsində Yevlax-Zaqatala-Gürcüstan Sərhədi magistral yolunun rayonun Tasmalı kəndindən keçən hissəsində iri gövdəli ağaclar magistral yola aşıb.
Nəticədə yolda nəqliyyat vasitələrinin hərəkəti dayanıb.
Hazırda yolun açılması istiqamətində işlər aparılır.
***
Qaxda ötən gün bağlanan magistral yol açılıb.
Dünən axşam saatlarında əsən güclü külək nəticəsində Yevlax-Zaqatala-Gürcüstan Sərhədi magistral yolunun rayonun Tasmalı kəndindən keçən hissəsində iri gövdəli ağaclarin aşması nəticəsində bağlanan magistral yolda hərəkət bərpa edilib.
Hazırda ağacların doğranılaraq ərazidən götürülməsi işləri görülür.














