666315a64868e666315a64868f1717769638666315a64868a666315a64868d

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bolqarıstanın paytaxtı Sofiya şəhərinə ilk reysini həyata keçirib.

Bu barədə Globalinfo.az-a AZAL-ın məbuat xidmətindən bildirilib.

Məlumata görə, aviaşirkətin ilk reysinin gəlişi münasibətilə Sofiya Beynəlxalq Hava Limanında rəsmi tədbir keçirilib. Tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov, “SOF Connect” şirkətinin baş direktoru Hesus Kabalyero, aviaşirkətin Satış və əməkdaşlıq idarəsinin Avropa regionu üzrə nümayəndəsi Kamran Qacar, eləcə də rəsmi qonaqlar və media nümayəndələri iştirak ediblər.

Tədbirdə dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi üçün Azərbaycan və Bolqarıstan arasında birbaşa uçuşların açılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, reyslərin yerinə yetirilməsi zəngin tarixə malik iki ölkə arasında turizmin inkişafı və mədəni mübadilə üçün yeni imkanlar yaradacaq.

Bakı-Sofiya-Bakı marşrutu üzrə uçuşlar çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

666315a636769666315a63676a1717769638666315a636765666315a636767 666315a622951666315a6229521717769638666315a62294d666315a62294f 666315a60df48666315a60df491717769638666315a60df46666315a60df47

Paylaş: