Rusiya səfiri tezliklə konsultasiyalardan sonra Ermənistana qayıdacaq.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Onun sözlərinə görə, Ermənistanla münasibətlərin kəsilməsindən söhbət belə gedə bilməz:
“Biz Kopırkinlə konsultasiyaları aparmışıq. Düşünürəm ki, çox tezliklə Sergey Pavloviç İrəvana dönüb öhdəliklərini yerinə yetirəcək”.
O, Ermənistanla Rusiyanın strateji tərəfdaş və müttəfiq olduğunu deyib. Qaluzin ziddiyətlər olsa münasibətlərin səviyyəsinin aşağı salınmayacağını bildirib.
Qeyd edək ki, Rusiya səfiri mayın 24-dən Ermənistandan məsləhətləşmələr üçün çağırılıb.
Əliyar Xəlil,