İsveçrədən Təl-Əvivə zərbə: “İsrail hökumətinin üzvlərini…”

 

İsveçrədən Təl-Əvivə zərbə: "İsrail hökumətinin üzvlərini..."

Beynəlxalq Cinayət Məhkəməsi qərar versə, İsveçrə İsrail hökumətinin üzvlərini həbs edəcək .

Globalinfo.az xəbər verir ki, bu barədə ölkə parlamentinin yaydığı bəyanatda deyilir.

“Beynəlxalq Cinayət Məhkəməsi İsrail hökumətinin üzvlərinin və HƏMAS liderlərinin həbsinə order versə, İsveçrə öz öhdəliklərini yerinə yetirəcək”, – bəyanatda vurğulanıb.

Qeyd edək ki, bir müddət əvvəl Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalantın həbsinə order verilməsi üçün məhkəməyə qədər  Palataya müraciət edib.

Prokuror həmçinin HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinvar, “Əl-Qəssam” Briqadalarının hərbi qanadının komandiri Məhəmməd Əd-Deyfa və HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin həbsinə order verilməsini istəyib.

Müşviq Tofiqoğlu
Globalinfo.az