İranda prezidentliyə namizədlərin qeydiyyatı başa çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, son qeydiyyat günündə 43 nəfər müraciət edib.
“Bu gün saat 18:00-da 14-cü prezident seçkilərində iştirak etmək üçün müraciət edən namizədlərin qeydiyyatı başa çatıb. Ümumilikdə, beş gün ərzində seçki qərargahı İran prezidenti postu uğrunda mübarizə aparmaq istəyən 80 namizədi qeydə alıb”, – deyə məlumatda vurğulanıb.
Bu arada İran prezidenti vəzifəsini icra edən Məhəmməd Moxbər qarşıdan gələn növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürməyib.
Qeyd edək ki, İranda prezident seçkiləri iyunun 28-də, lazım gələrsə, ikinci tur iyulun 5-də keçiriləcək.
Müşviq Tofiqoğlu
Globalinfo.az