İtkin düşən 30 yaşlı kişi tapıldı

İtkin düşən 30 yaşlı kişi tapıldı

Mayın 14-də itkin düşən Qəbələ sakini tapılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, 30 yaşlı Hümbətov Elmin Firidun oğlu polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumatı təsdiq ediblər.

Qeyd edək ki, Qəbələ rayonunun Daşca kənd sakini, 1994-cü il təvəllüdlü Hümbətov Elmin Firidun oğlu mayın 14-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.