665ccaf483764665ccaf4837651717357300665ccaf483760665ccaf483762

Polşa tərəfi iyunun 4-dən Belarusla sərhədindəki bufer zonasını geri qaytarır.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış jurnalistlərə açıqlamasında bildirib.

“İyunun 4-dən Belarusla sərhəddə bufer zonası bərpa olunacaq. O, Qaynovski və Belastok rayonlarını əhatə edəcək”, – nazir vurğulayıb.

Bildirilir ki, bufer zonasının yaradılması qərarı qeyri-qanuni miqrantlardan birinin sərhədi keçmək istəyərkən Polşa əsgərini bıçaqlamasından sonra verilib.

Paylaş: