565be917 c4a0 3e26 bb8d 0e1136854dae 850

Naxçıvanda restoranda ofisiant işləyən qadın bıçaqlanıb.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, yaranan insident zamanı həmin restoranda ofisiant kimi çalışan Beyləqan şəhər sakini, 1995-ci il təvəllüdlü Quliyeva Nərmin Musa qızı bıçaqlanıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilən zərərçəkənin vəziyyəti orta ağırdır.

İlkin məlumata görə, hadisəyə səbəb restoranda masaları toplamaq üstündə olub.

Hadisəni törədən Karaca Burhan Mustafa Oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: