bak kartlari

Hövsanda bank kartlarını talayan şəxs saxlanılıb.

Globalinfo.az xəbər verir ki bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə müxtəlif vaxtlarda 8 nəfər şəxsin bank kartından 850, 184, 1000, 400, 481, 2000, 200 və 205 manat olmaqla ümumilikdə 5320 manat pul vəsaitinin talanması barədə məlumatlar daxil olub.

SsolWHqL2ZQEv5i6D87ITn3O1aPUVgWSo76f7yXN 640

Şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törədən əvvəllər dələduzluq və quldurluğa görə məhkum olunmuş 39 yaşlı Elşad Fəttahov saxlanılıb.

Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Onun əməllərindən zərərçəkən digər şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.

Paylaş: