17 yaşlı yeniyetmə faciəvi şəkildə öldü – FOTO

17 yaşlı yeniyetmə faciəvi şəkildə öldü - FOTO

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, rayonun Sabirabad kənd sakini 2007-ci il təvəllüdlü Şükürov Mirhəsən Aftandil oğlu kənddə yerləşən su bəndində boğulub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, yeniyetmə həmin kənddə nənəsi ilə qalırdı. O, 11-ci sinifdə təhsil alırdı.

17-yasli-yeniyetme-suda-boguldu