ABŞ və Britaniya Yəməni bombaladı: Ölən və yaralananlar var

ABŞ və Britaniya Yəməni bombaladı: Ölən və yaralananlar var

“ABŞ və Britaniya hərbçiləri Husilərin Qırmızı dənizdəki gəmilərə hücumunun qarşısını almaq üçün Yəmənə zərbələr endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Amerikanın Səsi” məlumat yayıb.

Məlumata görə, zərbələr Yəmənin husilərin nəzarətində olan bölgələrində 13 hədəfi vura bilib.

Britaniyanın Müdafiə Nazirliyi liman şəhəri Hudeydada pilotsuz təyyarələr və zenit silahların yerləşdiyi üç məntəqənin hədəfə alındığını açıqlayıb.

Husilərin nəzarətində olan “Əl-Masirah” telekanalı Hudeydanın Əl-Hoq bölgəsində radiostansiyaya endirilən zərbələr nəticəsində azı 2 nəfərin öldüyünü, 10 nəfərin isə yaralandığını bildirib.

Husilərin nəzarətində olan media qurumları müttəfiqlər tərəfindən Yəmənə ümumilikdə 13 zərbə endirdiyini yazıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az