1540891578 59f6da24d7eda 181484 cadirlarin qurasdirilmasi 1

İsmayıllı Rayon İcra Hakimiyyətinin Gəraybəyli kəndi üzrə nümayəndəsi Rüstəm Babayev vəfat edib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin Gəraybəyli kəndi üzrə nümayəndəsi Rüstəm Babayev xəstəxanada ölüb.

İlkin məlumata görə rayonun Gəraybəyli kənd sakini, 54 yaşlı Rüstəm Babayevin yaşadığı evdə halı pisləşib.

O, təcili tibbi yardım avtomobili ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırlısa da, bir neçə saat sonra vəfat edib.

İcra nümayəndəsinin ürəktutmasından öldüyü bildirilib.

6659fe0db17c26659fe0db17c317171737736659fe0db17bf6659fe0db17c1

Paylaş: