Tanınmış rəqqas Dəyanət Məmmədovun intiharı ilə bağlı yeni, sensasion iddialar üzə çıxıb.
Globalinfo.az xəbər verir ki, mərhumun sosial şəbəkə hesabında yazılmış bir şərh onun intiharında müəyyən nüansların olması barədə fikir formalaşdırıb.
Sözügedən şərhdə Dəyanət Məmmədova müraciət edən şəxs “Dəyanət, gətir pulu çatdır” yazıb. Məhz bu cümlə rəqqasın intiharında borc məsələsinin olacağı haqda iddiaların ortaya çıxmasına səbəb olub.
Hazırda hüquq-mühafizə orqanları intihar hadisə ilə bağlı araşdırma aparır.
Qeyd edək ki, Dəyanət Məmmədovun özünü hansı səbəbdən öldürməsi məlum deyil.