“Baş nazir İrakli Kobaxidzenin Abxaziya və Osetiyanın Gürcüstana birləşdirilməsi ilə bağlı açıqlaması populist və perspektivsiz yanaşmadır”.
Globalinfo.az xəbər verir ki, bu barədə qondarma “abxaziya respublikası”nın “xarici işlər nazirliyi”nin bəyanatında qeyd olunur.
Bildirilir ki, artıq “Abxaziya xalqı öz seçimini” edib:
“Aydındır ki, bu cür populist bəyanatlar növbəti parlament seçkiləri ərəfəsində verilir və ilk növbədə daxili auditoriyaya yönəlib. Abxaziya müstəqil dövlətdir, öz suverenliyini möhkəmləndirir. Xalq öz seçimini edib, bu məsələyə yenidən baxılmayacaq”.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 2024-cü il oktyabrın 26-na təyin edilib.
Xatırladaq ki, ölkənin baş naziri İrakli Kobaxidze Gürcüstanın Abxaziya və Osetiya ilə birləşdikdən sonra 2030-cu ildə Avropa İttifaqına üzv olacağını deyib.
Ayşən Mustafa
Globalinfo.az