Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin cümə günü məsləhətləşmələr üçün Moskvaya çağırılıb.
Globalinfo.az xəbər verir ki, xarici işlər naziri Sergey Lavrov səfirin Moskvaya çağırılmasını şərh edib.
“Səfirlər vaxtaşırı məsləhətləşmələr üçün çağırılırlar. Həmçinin, məsləhətçilər, birinci katiblər, attaşelər gəlirlər”, – Lavrov vurğulayıb.
Qeyd edək ki, Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən sənəddə mayın 24-də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin məsləhətləşmələr üçün Moskvaya çağırıldığı qeyd olunub.
Müşviq Tofiqoğlu
Globalinfo.az