Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) İsrailin Qəzzanın cənubundakı Rəfah şəhərinə hərbi əməliyyatlarını dayandırmasını dərhal tələb edən qərar çıxarıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, məhkəmənin bu gün açıqladığı qərarda deyilir ki, Rəfahdakı humanitar vəziyyət əvvəlki məhkəmə qərarından sonra “daha da pisləşib” və oradakı vəziyyət “fəlakətli” olaraq qiymətləndirilir.
Bu qərar Cənubi Afrika Respublikasının BƏM-ə İsrailə Qəzzanın cənubundakı Rəfaha hücumunu dayandırmağı əmr etməsi üçün təcili müraciət etməsindən sonra verilir.
Yanvar ayında CAR Birləşmiş Millətlər Məhkəməsində keçirilən dinləmədə İsraili fələstinlilərə qarşı soyqırımı törətməkdə rəsmi şəkildə ittiham edib.














