“Novosibirsk vilayətinin Barabinski rayon məhkəməsi magistral neft kəmərindən dörd min ton neft oğurlayan iki əcnəbini iki il müddətinə azadlıqdan məhrum edib”.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Zahir Dilanov və Səbuhi Ağakişiyev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci maddəsi (“Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq, xüsusilə külli miqdarda oğurluq”) ilə təqsirli bilinib və “Transneft Qərbi Sibir”ə 92 milyon rubl ödəməli olduqlarına dair qərar verilib. Onların cəzalarını ümumi rejimli koloniyada çəkəcəkləri qeyd edilir.
İdarədən verilən məlumata görə, məhkumlar magistral neft kəmərindən neft çıxararaq, onunla hazırlanmış çəni doldurublar. Daha sonra neft yük çənlərinə vurulub. Ümumilikdə, 2022-ci il noyabrın 23-dən 2023-cü il yanvarın 15-dək 92 milyon rubl dəyərində dörd min tondan çox neft oğurlayıblar.
Safura Bənnayeva
Globalinfo.az