Əkrəm Əylislinin şəxsiyyət vəsiqəsi özünə qaytarıldı – Açıqlama

Əkrəm Əylislinin şəxsiyyət vəsiqəsi özünə qaytarıldı - Açıqlama

Yazıçı Əkrəm Əylislinin şəxsiyyət vəsiqəsi özünə qaytarılıb.

Bu barədə Globalinfo.az-a yazıçı özü məlumat verib.

O, baş prokuror Kamran Əliyevə müraciət etdikdən sonra sənədinin ona qaytarıldığını bildirib:

“Şəxsiyyət vəsiqəm 8 il öncə prokurorluq tərəfindən alınmışdı. Lakin bir neçə gün öncə özümə qaytarıldı. 8 il sənədsiz qalmışdım, yaxşı ki, həll olundu”.

Zaira Akifqızı
Globalinfo.az