ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi rəhbərinin müavini Devid Koenin başçılıq etdiyi nümayəndə heyəti hazırda Ermənistanda səfərdədir.
Globalinfo.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Devid Koeni qəbul edib.
Məlumata görə, görüş zamanı həm Ermənistan-ABŞ münasibətləri, həm də beynəlxalq gündəm məsələləri müzakirə edilib.
Görüşün təfərrüatları açıqlanmasa da, ABŞ kəşfiyyat idarəsi rəsmisinin səfəri diqqət çəkib.
Ayşən Mustafa
Globalinfo.az