Bu görüntü Rəisinin helikopterinin qəza anıdır? – VİDEO

Bu görüntü Rəisinin helikopterinin qəza anıdır? - VİDEO

İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza anı olduğu deyilən görüntülər yayılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “MOUZE” Teleqram kanalı video paylaşıb.

İddia olunur ki, hadisə anının videosunu ABŞ peyk görüntüləri əsasında yayıb. Lakin videonun peykdən çəkilmədiyi görünür.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub. Qəzaya uğrayan helikopter ABŞ istehsalı olan “Bell-212”-dir.