milli meclis 700x403 1

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq.

Globalinfo.az bildirir ki, bununla bağlı deputatlar arasında imza toplanılmasına başlanılıb.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, növbədənkənar sessiyasının çağırılması üçün müvafiq qaydada imzalar toplanmalıdır.

Milli Məclisin sədri 42 deputatın tələbi əsasında parlamentin növbədənkənar sessiyasını çağırır.

Qeyd edək ki, ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Bir qədər əvvəl Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycanda noyabrın 3-ü parlament seçkilərinin keçirilməli olduğunu, lakin COP29-a görə vaxtın irəli çəkilməsinin mümkünlüyünü açıqlamışdı.

Paylaş: