16432981773390139281 1000x669

“Nəqşicahan holdinq” bu yaxınlarda artıq öz işçilərinə rəsmi qaydada əmək müqaviləsi bağlayacağını bildirib.

Globalinfo.az bildirir ki, bunu tanınmış jurnalist Heydər Oğuz qeyd edib.

O bu barədə holdinqdəki mənbədən məlumat aldığını açıqlayıb:

“Məsələn, Duzdağ otelində 80 personal vardısa, onlardan yalnız 12 nəfər rəsmi olaraq qeydiyyatdadır. Geri qalanını isə vergidən yayınmaq üçün rəsmiləşdirməyiblər.

İddiaçının fikrincə, Naxçıvana göndərilən təftiş qrupu biraz tez müdaxilə eləsə, holdinq daxilində 3000-ə yaxın işçinin qanunsuz olaraq işlədiyi faktını təsbit edə bilər.

Hazırda “Nəqşicahan holdinq”in daxilində hansısa yoxlama aparıldığına dair söz söhbətlər gəzdiyini bildirən mənbəmiz dekabrın 10-na qədər də bütün holdinqin köhnə dövrlərdən qalan qeyri-qanuni sənədlərin ləğv edilməsi haqqında göstəriş verildiyini iddia edir. “Bu sənədlər alqı-satqı sənədləri və bütün qanunsuz işlətdikləri işçilərin sənədləridir”, – deyə məlumatda vurğulanır”.

Paylaş: