İran Preszidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı ərazidə axtarış tədbirlərinə cəlb olunan İran Qızıl Aypara Cəmiyyətinin üç xilasedicisi itkin düşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi məlumat yayıb.
Əraziyə 20-dən çox xilasetmə qrupunun cəlb edildiyi, axtarışlar zamanı əlverişsiz hava şəraiti səbəbi ilə 3 xilasedicinin itkin düşdüyü bildirilir.














