Prezidentdən Rəisinin qəzaya düşməsi ilə bağlı paylaşım: “Dualarımız onunla və heyəti ilədir”- FOTO

Prezidentdən Rəisinin qəzaya düşməsi ilə bağlı paylaşım: "Dualarımız onunla və heyəti ilədir"- FOTO

“Bu gün İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə dostcasına xudahafizləşdikdən sonra ali nümayəndə heyətini daşıyan helikopterin İranda qəza enişi erməsi barədə xəbər bizi ciddi şəkildə narahat etdi”.

Globalinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “X” sosial şəbəkəsində paylaşım edib.

“Uca Allahdan dualarımız Prezident İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyəti ilədir. Qonşu, dost və qardaş ölkə olaraq Azərbaycan Respublikası hər cür dəstək göstərməyə hazırdır”, – paylaşımda qeyd olunur.