
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopterin dəqiq yeri müəyyən edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın “Mehr” xəbər agentliyi məlumat yayıb.
Hazırda bölgəyə 16 xilasetmə qrupunun cəlb edildiyi bildirilir.
Nəşrin məlumatına görə, Prezident və heyəti daşıyan helikopterin qəza yeri Qaradağ meşələrində yerləşən Uzi kəndi ətrafında olub.
Qəzanın baş verdiyi ərazidə xilasetmə qüvvələri çətinliklə üzləşib. Qəzaya əlverişsiz hava şəraitinin səbəb olduğu deyilir.
Prezidentin olduğu helikopterdə Şərqi Azərbaycan valisi Ayətullah Əl Haşim və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın da olduğu bildirilir.
Globalinfo.az













