Qazaxla sərhəddəki bu kəndin sakinlərinə bir ay vaxt verildi: “İyunun 24-nə kimi…”

Qazaxla sərhəddəki bu kəndin sakinlərinə bir ay vaxt verildi: "İyunun 24-nə kimi..."

Azərbaycanla sərhəddəki Kirants kəndində sakinlərə evlərini tərk etmək üçün vaxt verilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a kənd sakinləri məlumat verib.

Məlumata görə, onlara iyunun 24-dək vaxt verilib.

“Kənddə gərgin vəziyyət hökm sürür. Sərhədçilər ərazidə kəşfiyyat aparır”, – kənd sakinləri bildiriblər.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında həyata keçirilən delimitasiya çərçivəsində Kirantsa ərazisinin bir hissəsi Azərbaycanın nəzarətinə keçməlidir.

Müşviq Tofiqoğlu
Globalinfo.az