Sərhədi keçmək istəyən 12 nəfər saxlanıldı

Sərhədi keçmək istəyən 12 nəfər saxlanıldı

Türkiyənin Sərhəd Mühafizə Xidmətinin əməkdaşları sərhədi qanunsuz keçməyə cəhd edən 12 nəfəri saxlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi “Tvitter” hesabında bildirilib:

“Sərhəd qartallarımız Suriyadan ölkəmizə, ölkəmizdən isə Yunanıstana qeyri-qanuni yollarla keçməyə çalışan 12 nəfəri saxlayıb. Həmin şəxslərdən 9-nun FETÖ, 2-sinin PKK/KCK, 1-nin isə İŞİD terror təşkilatı üzvü olduğu müəyyən edilib”, -deyə məlumatda qeyd olunub.