Slovakiyanın Baş nazirinə hücum edən şəxs istintaq müddətində həbs edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Slovakiyanın “TASR” agentliyi məlumat yayıb.
Məlumata görə, məhkəmə Robert Fitsonu öldürməyə cəhddə ittiham olunan 71 yaşlı Yuray Çintula barəsində həbs qətimkan tədbiri seçib.
Onun istifadə etdiyi silahı 30 ildən çox qanuni olaraq saxladığı açıqlanıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














