khagani bagi

Bir müddət əvvəl ətrafı avtomobillər üçün bağlanan, Bakının “Molokan” bağı kimi tanınan Xaqani parkı hasarlanıb. 

Globalinfo.az bildirir ki, bağa giriş-çıxış bağlanıb, ərazidə təmir işlərinə başlanılıb.

Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb. Qurumdan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, hasarlanma parkın ərazisinin genişləndirməsi ilə əlaqədardır: “Hazırlanmış xüsusi layihə əsasında Xaqani bağı və ətraf ərazilərin abadlaşdırılması həyata keçirilir. Sakinlərin müraciətləri əsasında aparılan işlər çərçivəsində parkın ərazisi genişləndiriləcək və piyadaların istifadəsinə veriləcək”.

Xatırladaq ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən mart ayının əvvəllərindən etibarən Xaqani parkının ətrafına avtomobillə giriş bağlanıb. Həmçinin həftəsonları bağın yaxınlığındakı bəzi küçələrə avtomobillərin hərəkətinə mədudiyyət qoylur.

“Qafqazinfo”nun fotoqrafı Xəyal Vəlizadənin həmin ərazidən çəkdiyi fotoları təqdim edirik:

6f0194af 0b34 42d4 abb2 dc683758533a
e2a6b209 25d4 4f15 b766 2efd1ec3fb0d
17bbf9ae 8299 4d1f 896b bb9dc4ad892d
67afeac0 4afa 4bac b61c 8e1a76f9ed15
4670c6be 7ea1 4492 963a 65aac942d185
72085f5f 664b 41fe 9456 bfe462682fcd
511c7424 112d 4dff 9fd7 b08cfd55ddd2
ace53a05 e114 4f00 b066 4066d6bd7e60
b2e854ae c1f7 4667 ae54 fc3e8c7b2b14
eb632e8f 6d00 4c8d a177 e85dd1fbc036
e2cdfcca a0c1 4600 a4f7 87ecc82cdef0
63dfe334 f2fa 4915 bf85 9e7a7ba253c6

Paylaş: