Sərhəddə hərbi toqquşma olacaqmış – İrəvandan açıqlama

Sərhəddə hərbi toqquşma olacaqmış - İrəvandan açıqlama

“Biz Kremldən Rusiya sərhədçilərinin Ermənistanda qalmasını xahiş etməmişik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.

A.Qriqoryan bildirib ki, əvvəllər sərhəddə eskalasiya riskinin azaldılması üçün Moskva ilə bu istiqamətdə müqavilə imzalanıb:

“Delimitasiya prosesi zamanı sərhəddə eskalasiya riski var idi, lakin sonra bu, diplomatik yolla həll edildi. 9 Noyabr (10 Noyabr bəyanatı – red.) razılaşmasında müəyyən məqamlar vardı, Rusiya prosesdə aktiv iştirak edirdi. 2022-ci ildən Rusiya Federasiyası başqa fəaliyyətlə məşğul olmağa başlayanda regionumuzda vəziyyət dəyişdi. Demarkasiya prosesi ilə bağlı hazırda heç bir problem yoxdur. Oradan keçən qaz kəməri Ermənistan ərazisində qalır, sərhədə düşmür. Biz sərhəd çəkirik, bu, problemin ən yaxşı həll yoludur. Ərazidə 1976-cı ildə tikilmiş 4 bina var: iki yaşayış yeri, bir işləməyən vaqon və bir qaraj. Bunlar Azərbaycan tərəfinə düşür. Hökumət bunları da həll edəcək. Biz Ermənistan ərazisindən keçən yeni yol çəkəcəyik”.

Ayşən Mustafa
Globalinfo.az