“Başqa ölkələrin siyasətçiləri, rəsmiləri gəlib Gürcüstandakı etiraz aksiyalarında çıxış ediblər. Bu, başqa ölkənin işlərinə birbaşa müdaxilədir”.
Globalinfo.az xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze deyib.
Mer bildirib ki, Gürcüstanda ifadə azadlığı qorunur, lakin bu, radikal qüvvələrin etdiyi kimi zorakı formalarda deyil, dinc yolla həyata keçirilməlidir:
“Təəssüf ki, ölkədəki qütbləşməni xarici siyasətçilər təbliğ edir. Biz buna ən gözəl nümunəni onlar ötən gün mitinqə gəlib çıxış edəndə gördük. Təsəvvür edirsiniz ki, ölkəmizin xarici işlər naziri Ermənistanın paytaxtı İrəvana və ya hər hansı ölkəyə gedib çıxış edir? Mən xalqa ötən illəri xatırlatmaq istəyərdim. 2020-ci ildə parlament seçkiləri bitəndə USAİD-in maliyyələşdirməsi ilə bağlı hesablamalar aparıldı. Bunun nəticəsində müxalifətin 2021-ci ildə inqilab təşkil etmək cəhdi var idi. İndi də qeyri-hökumət təşkilatları bunu həyata keçirdilər. Bu kimi radikal əməllər uğursuzluğa məhkumdur”.
Ayşən Mustafa
Globalinfo.az